ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əlcəzirə informasiya kanalı bildirib ki, ABŞ senatının on demokrat üzvü xarici əlaqələr komitəsinin üzvü senator Bob Menendesin idarəçiliyi ilə bu ölkənin dövlət katibi Mayk Pompeonu senata çağırtdırıblar.
Bu məlumata görə, ABŞ senatının on demokrat üzvü bu çağırışda Amerika dövlət katibindən istəyibdir ki, bu ölkənin Ukraynadakı sabiq səfiri Mari Yovanoviçin kənarlaşdırılmasının dəlil və səbəbləri barədə izahat versin.
Senatın demokrat üzvlərinin bu hərəkətinə səbəb bu olubdur ki, sızan xəbərlərə əsasən, Trampın vəkili, Baydenin ailəsinə qarşı məhkəmə tədbirləri ilə bağlı Yovanoviçi təzyiqə məruz qoyubmuş.
Senatın demokrat üzvləri həmçinin Pompeodan istəyiblər ki, Yovanoviçin konqresin nümayəndələr palatasında iştirakını əngəlləməsin və siyasi intiqam mahiyyətli hərəkətlər qarşısında onu himayə etsin.
.........
340