7 oktyabr 2019 - 07:20
Fransada sarı jiletlilərin etirazları davam edir

Özünün birillik dayanacağına yaxınlaşan fransızların etirazlarının 47-ci həftəsinin arxada qalması ilə cənab Makronun hökumətinin repressiyadan savayı Fransa xalqına heç bir cavabı olmayıbdır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fransalı etirazçılar bu şənbəni də əldən qoymadılar.

Əlbəttə, Fransa mərkəzi polis idarəsində polisin öz həmkarlarına qarşı ölümcül hücumuna görə, yaranmış ağır siyasi-təhlükəsizlik atmosferi bu ölkəni şoka qərq edibdir.

Müsahibə: Bu hadisə göstərdi ki, Fransanın siyasətinin problemi var və Makronun seçilməsi yanlış bir zəmində həyata keçibdir. Buna görə, o, tez bir zamanda səhnəni tərk etməlidir.

Paris, Tuluza, Marsel, Lion, Nant və Monpelye kimi əsas şəhərlər 47-ci şənbənin etirazlarının şahidi idilər.

Müsahibə: Bu aksiya hələ də cəmiyyətin bir faiz varlı təbəqəsinə tərəfdar çıxan siyasətlərə qarşı xalq etirazlarının davamı olaraq keçirilir.

Polisin kəskin repressiyasına və sarı jiletlilər hərəkatının çoxlu sayda tələfatına, o cümlədən on bir ölü və 14 mindən çox yaralı və məhbusa rəğmən, bu hərəkatın aktivistləri hökuməti əsas müqəssir hesab edirlər.

Flash-ball gülləsi ilə sağ gözünü itirmiş Rodrigers deyir:

Müsahibə: Polis hökumətə cavabdehdir. Hökumət polisi repressiyaya təşviq edir. Bunları bu həftələr müşahidə edirik.

Fransalıların etirazlar qatarı indi 47-ci dayanacağa çatıb və onun birilliyinədək az sayda dayanacaq qalıbdır.

Bu qatar yeni sərnişinlər tapıbdır. Müəllimlər, təqaüdçülər, xəstəxana işçiləri, xüsusən Fransa polisi cənab Makronun hökumətinin siyasətləri ilə bağlı xalq etirazlarına qoşulublar.

.......
340