ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün səhər tezdən İraqın təhlükəsilzik qüvvələrinin iştirakı ilə Bağdadın bütün küçələri etirazçılardan təmizlənib. Bu bölgələrdə durumun adiləşdirildiyi bildirilir.
İraqın bəzi vilayətləri, o cümlədən Bağdad son günlər dövlət xidmətlərinin qeyri-münasib durumuna, iş fürsətlərin olmamasına və korrupsiyaya qarşı aksiyaların şahididirlər. Bu etirazlar zamanı bir sıra etirazçı ölüb və yaralanıbdır.
İraqın baş naziri Adil Əbdulməhdi bu gün səhər tezdən canlı bir söhbətdə vurğulayıbdır ki, hökumət xalqın qanuni istək və tələblərini izləyəcək.
Faktlar göstərir ki, nümayişlər təbii surətdə formalaşmayıb və onların meydana gəlməsində əcnəbilərin rolu olubdur.
Deyilənlərə görə, İraqdakı nümayişlərlə bağlı twitter-də verilən mesajların 79% -i səudiyyə istifadəçilərinə aid olubdur.
........
340