ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyanın xarici işlər naziri Vəlid əl-Muəllim dünən UNRWA-nın baş komissarı Pyer Krinbol ilə görüşdə Suriyanın ərəblərin əsas amalı olan Fələstin amalı ilə bağlı möhkəm mövqeyinə təkid edib. Deyib ki, Suriya terror savaşının olmasına rəğmən, Fələstin xalqını himayə etməyə və onun sionist rejim tərəfindən qəsb olunmuş hüquqlarını geri almağa hazırdır.
Suriyanın xarici işlər naziri vurğulayıb ki, sionist rejim Amerikanın aşkar himayəsinə malikdir və Amerikanın yaşıl çırağı ilə Fələstin xalqına qarşı cinayətlərini davam etdirir.
Vəlid əl-Muəllim Dəməşqin UNRWA-nın aradan götürülməsi və onun Fələstin xalqına dəstək istiqamətindəki mühüm rolunun hədəfə alınması üzrə səylərlə müxalif olduğunu vurğulayıb və Suriyanın fələstinlilərə yardımın göstərilməsi üçün UNRWA-ya dəstəyinin davam etməsindən xəbər verib.
......
340