ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əlcəzair xalqı öz etirazlarının 30-cu cüməsində həmçinin bu ölkədə korrupsiyada ittiham olunanların mühakimə edilmələrini vurğulayıbdır.
Əlcəzairin keçmiş prezidentinin ümumi fikrin təzyiqi altında aprelin ikisində istefa verməsindən bəri bu ölkə xalqı Butəfliqə dövrünün ünsürlərinin, o cümlədən müvəqqəti prezident Əbdulqadir bin Salihin kənarlaşdırılmasını tələb edir.
Əlcəzairlilər israr edirlər ki, Butəfliqə dövrünün şəxsiyyət və orqanları keçid mərhələsinin idarə edilməsini əllərinə almasınlar. Onlar özlərinin bu tələblərinə təkid etmək üçün hər cümə aksiya keçirirlər. Əlcəzair xalqı bu ölkədə əsaslı dəyişikliklər istəyir.
Əlcəzairlilərin etirazları keçmiş prezident Əbduləziz Butəfliqənin beşinci dəfə dalbadal prezidentliyə namizəd olması ilə başlandı və nəhayət Butəfliqənin kənarlaşdırılması ilə nəticələndi.
Əlcəzair prezident seçkiləri iyulun 7-də keçirilməli idi, amma heç kəsin bu seçkilərə namizəd olmadığı üçün seçkilər başqa bir zamana saxlanıldı və bin Salihin prezidentlik dövrü də uzadıldı.
......
340
15 sentyabr 2019 - 04:56
Xəbər kodu: 975448
Əlcəzair xalqı dünən bir daha bu ölkənin müxtəlif şəhərlərində aksiya keçirərək, keçmiş hökumətin bütün rəsmilərinin hakimiyyətdən uzaqlaşdırılmalarını istəyibdir.