ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ərdoğan deyib: Rusiya S-400 raket sistemlərinin təhvil verilməsi, həmçinin birgə istehsal və kreditin verilməsi barədə sədaqətli münasibət göstərib. Onlar həmçinin qəbul ediblər ki, təhvil prosesini sürətləndirsinlər. Biz bu işi bölgədə sülhə zəmanət vermək üçün görməliyik.
Ərdoğan həmçinin vurğulayıb ki, Amerika üçün Türkiyəyə sanksiya tətbiqi məntiqli deyil.
Amerikanın xəzinədarlıq naziri Stiven Mnuçin sentyabrın 9-da rus hava hücumundan müdafiə sistemi almasına görə, Türkiyəni sanksiya etmək ehtimalından xəbər vermişdi. Ərdoğan da bu sözləri məhz ondan sonra söyləyibdir.
......
340