Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Dünən səhər və axşam İran və Fransanın ekspert heyətlərinin Parisdə keçirilən sıx müzakirələrində nüvə anlaşmasının gücləndirilməsi barədə İran və Fransa prezidentləri arasında irəli sürülmüş təşəbbüsü irəlilətmək üzrə ehtimal olunan ssenarilərin detalları nəzərdən keçirilib.
İranın nüvə anlaşmasındakı tələb və maraqlarıının təmin edilməsi tərzi İran və Fransa ekspertləri müzakirələrinin əsas mehvərini təşkil edibdir.
Müzakirələrin sonunda qərara alınıbdır ki, tərəflər bu ssenariər üzərindəki sıx işi davam etdirərək, digər əlaqədar tərəflərlə məşvərətlərini də artırsın və müxtəlif səviyyələrdəki intensiv danışıqlarını davam etdirsinlər.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyed Əbbas İraqçı bu müzakirələrdə İran heyətinə sədrlik edir.
.......
340