1 sentyabr 2019 - 06:26
Berlində BƏƏ-yə qarşı aksiya keçirilib

Bir qrup yəmənli fəal əmirliklərin Almaniyanın paytaxtı Berlində yerləşən səfirliyi önündə etiraz aksiyası keçirib. Onlar əmirliklərin Ədənə qarşı son hava hücumunu pisləyiblər.

(ABNA24.com) Aksiya iştirakçıları həmçinin "əmirliklərin Yəmənin işlərinə açıq şəkildə qarışması" adlandırdıqları məsələni pisləyiblər. Almaniyada yaşayan yəmənlilər öz şüarlarında əmirliklərin Yəmənin adaları və limanlarını işğal etməsinə qarşı çıxıblar.

Aksiyaçılar həmçinin əmirlikləri terrorizmi himayə etməkdə ittiham ediblər. Aksiya iştirakçıları əmirliklərin, onların "terrorçu" və "çevrilişçi" adlandırdıqları qrupları himayə etməsini dayandırmaq üçün BMT-nin məsələyə qarışmasını istəyiblər.

......
340