31 avqust 2019 - 08:40
Conson hökumətinin süqut etməsi ehtimalı var

İngiltərə baş nazirinin bu ölkə parlamenti fəaliyyətinin dayandırılmasına dair qərarı Boris Conson hökumətini süqut ehtimalı ilə üzləşdirib.

(ABNA24.com) Görəsən, breksit İngiltərədə mühafizəkarlar hökumətinə son qoyacaqdırmı? Bu sual mühafizəkarlar partiyasının Şotlandiyadkı lideri Rut Devidsonun İngiltərənin baş naziri Boris Consonun parlamentin işinin təqribən beş həftə müddətinə dayandırılmasına dair qərarından bir gün sonra istefa verməsindən sonra irəli sürülüb.

O, İngiltərənin Avropa Birliyində qalmasının tərəfdarıdır. Devidsonun istefası Boris Consonun üzünə vurulan digər şillə sayılır. Conson parlamentin fəaliyyətinin dayandırılmasını daxili proqramların həyata keçirilməsi üçün bir fürsət bilir. O, bu hərəkəti cəsarətli bir hərəkət adlandırıbdır.

Belə bir halda, müxalif partiyalar və hətta mühafizəkarlar partiyasının bəzi üzvləri bu addımı İngiltərə konstitusiyasının aşkar şəkildə pozulması və parlamentin hakimiyyətinə xələlin gəlməsi kimi qiymətləndiriblər. Bu hadisələr elə bir halda baş verir ki, mühafizəkarlar partiyasının bəzi üzvləri Conson hökumətinə qarşı qiyam qaldırmağa və ona etimadsızlıq səsinin verilməsi üçün müxaliflərlə həmkarlığa hazır olduqlarını elan ediblər.

Boris Conson israr edir ki, İngiltərə razılıqlı və ya razılıqsız şəkildə oktyabrın 31-də Avropa Birliyindən çıxmalıdır. Conson deyir ki, İngiltərənin 2016-cı ildə breksit referendumunun keçirildiyi zamandan bəri düşdüyü bu çıxılmazlığa son qoymaq istəyir.

.......
340