(ABNA24.com) Hindistanın nəzarəti altında olan Kəşmir bölgəsinin Srinaqar məntəqəsində keçirilən bu aksiyada kəşmirli etirazçılar Hindistan hökumətinin düşmənçilik hərəkətlərini pisləyiblər.
Hindistan hökuməti avqustun beşində bu ölkənin nəzarətində olan Kəşmir bölgəsinin xüsusi ixtiyarlarını ləğv etdi.
Yeni-Dehli bu addımdan sonra Kəşmir əhalisinin etirazlarının qarşısını almaq üçün məktəblər və universitetləri bağlayıb və bu bölgənin telefon və internetini kəsibdir.
Hind hərbçilər də Kəşmirdə hərbi hökumət bərqərar ediblər.
Hindistanda hakim partiya "Bharatiya Canata" partiyasının nəzarəti altında olan parlament tərəfindən Yeni-Dehlinin nəzarətində olan Kəşmir bölgəsinin xüsusi ixtiyarlarının ləğv edilməsilə yerli kəşmirlilər üçün şərait daha da çətinləşib və hinduların bu məntəqəyə mühacirəti və onlar tərəfindən Kəşmir ərazisinin alqı-satqısı üçün zəmin yaranıbdır.
.......
340