21 avqust 2019 - 12:16
İtaliya hökuməti süqut edib

İtaliyada hakim koalisiyaya daxil və sağ radikal və populistlər cinahlarından olan iki partiya arasındakı çəkişmə və mübahisənin yüksəlməsinin ardınca bu ölkə hökuməti süqut edib.

(ABNA24.com) İtaliyada siyasi böhran üç həftə bundan öncə sağ təmayüllü radikal “Şimal Liqası” partiyasının lideri, İtaliyanın baş nazir müavini və bu ölkənin daxili işlər naziri Matteo Salvininin  Luici Di Mayonun rəhbərlik etdiyi “5 ulduz hərəkatı” ilə koalisiyanın dağıldığını xəbər verməsindən və vaxtından qabaq seçkilərin keçirilməsini istəməsindən sonra yaranıbdır. İtaliyanın baş naziri Cüzeppe Konte dünən axşam bu ölkə senatına gəlib, Salvinini kəskin tənqid atəşinə tutaraq, onu, hökumətin çökməsinə bais olmuş məsuliyyətsiz və etimadolunmaz bir şəxs kimi təqdim edibdir.

Belə bir halda, Salvini Kontenin çıxışından sonra bir daha vaxtından əvvəl seçkilərin keçirilməsinə israr edib və deyib ki, Konte hökumətinin süqutu istiqamətində atdığı addımlardan peşman deyildir.

.......
340