4 avqust 2019 - 08:02
M. Mənsurinin vəfatı Azərbaycan R-da geniş əks-səda doğurub

İranlı məddah Hacı Mohəmməd Baqir Mənsuri-Ərdəbilinin vəfatı sosial şəbəkələrdə Azərbaycan Respublikasından olan istifadəçilər arasında geniş əks-səda doğurubdur.

(ABNA24.com) İranlı məddah Hacı Mohəmməd Baqir Mənsuri-Ərdəbilinin vəfatı sosial şəbəkələrdə Azərbaycan Respublikasından olan istifadəçilər arasında geniş əks-səda doğurubdur.

Azərbaycan Respublikasında Əhli-Beyt(ə) aşiqləri, bu məşhur Əhli-Beyt(ə) məddahının vəfatı xəbərini eşitdikdən sonra sosial şəbəkələrdə xəbər yaymaq, başsağlığı vermək və müxtəlif mətnlər yazmaqla onun Əhli-Beyt(ə) barədəki məddahlığı və dini fəaliyyətlərini yüksək dəyərləndirib, o mərhumun xatirəsini anaraq, Allah-Taalanın dərgahından onun üçün yüksək dərəcələr diləyiblər.

İmam Cavad(ə)-ın şəhadətinin ildönümü üzrə əzadarlıq mərasimində məddahlıq etmək üçün Urmiyyə şəhərinə səfər etmiş Mohəmməd Baqir Mənsuri o imamın şəhadəti gecəsində ürək dayanması nəticəsində Urmiyyə şəhərinin Seyyedoşşohəda(ə) xəstəxanasında dünyasını dəyişibdir.

Mənsuri-Ərdəbili minlərlə nəfərin iştirakı ilə Ərdəbilin Beheşti-Fatimə şəhidlər gülzarında dəfn olunubdur.




/129