1 avqust 2019 - 04:29
Həratda 51 əfqan sərnişin həlak olub

Bir sərnişin avtobusunun Hərat-Qəndəhar şose yolunda yol kənarında qoyulmuş mina ilə toqquşması nəticəsində 34-dən çox sərnişin ölüb, 17 nəfər də yaralanıbdır.

(ABNA24.com) Bir sərnişin avtobusunun Hərat-Qəndəhar şose yolunda yol kənarında qoyulmuş mina ilə toqquşması nəticəsində 34-dən çox sərnişin ölüb, 17 nəfər də yaralanıbdır.

Əfqanıstan prezident aparatının sözçüsü Seddiq Seddiqi deyib: Hərat-Qəndəhar marşrutunda baş vermiş bu partlayışda qadın və uşaqlar daxil olmaqla 34 sərnişin ölüb, 17 nəfər də yaralanıbdır.

O, Taliban qrupunu mülkilərin hərəkəti yolunda mina yerləşdirməkdə ittiham edib.

Dünən BMT-nin Əfqanıstandakı ofisi öz altıaylıq hesabatını yayaraq, bildirib ki, 2019-cu ilin ilk altı ayında savaş, şose yolu kənarındakı partlayışlar və kamikadze hücumları nəticəsində təqribən dörd min əfqan mülki ölüb və ya yaralanıbdır.




/129