28 iyul 2019 - 10:14
Tramp sayıqlayıb: İran yeni bir razılaşma istəyir

Amerika prezidenti dünən gecə bir daha iddia edib ki, İran Amerika ilə müzakirə etmək istəyir.

(ABNA24.com) Donald Tramp müxbirlər qarşısında deyib: İran Vaşinqtonla müzakirə və yeni bir razılaşma istəyir, amma bəlkə "yuxulu Co Bayden"i gözləmiş olsun.

Tramp iyulun on altısında da Amerikanın nazirlər kabinetinin iclasında iddia etmişdi ki, İran İslam Respublikasının rəsmiləri onunla söhbət etmək istəyirlər.

Amerika prezidenti və onun hökumətinin baş rəsmiləri, o cümlədən bu ölkənin dövlət katibi Mayk Pompeo son həftələr ərzində dəfələrlə öz çıxışları və ya twitt-lərində açıq və ya üstüörtülü şəkildə İranla müzakirə etmək istədiklərini bildiriblər.

ABŞ-ın dövlət katibi anti-İran iddialarına rəğmən, demişdi ki, Tehrana səfər etmək istəyir.

Tramp və onun hökumətinin baş rəsmiləri elə bir halda İranla müzakirədən dəm vururlar ki, Vaşinqton ötən il, barəsində illər boyu araşdırmalar aparılmış nüvə anlaşmasından qanunsuz surətdə çıxdı və İrana qarşı nüvə sanksiyalarının geri döndüyünü elan etdi.



/129