(ABNA24.com) İngiltərənin xarici işlər naziri Ceremi Hant dünən axşam, Boris Consonun rəsmən bu ölkənin baş naziri olmasından sonra öz vəzifəsindən istefa verib.
İngiltərənin ticarət naziri Liam Foks da bildiribdir ki, vəzifəsindən istefa verir.
İngiltərənin müdafiə naziri Penni Mordont da twitter-də yazıbdır ki, Consonla işləməyə meylli deyildir.
İngiltərənin maliyyə naziri Filipp Hemmond da bu ölkənin yeni baş naziri Boris Conson işə başlamazdan öncə istefa verib.
Hamond bundan öncə bildirmişdi ki, yeni baş nazir tərəfindən ixrac olunmasını gözləməyəcək və Tereza Mey öz yerini Boris Consona verməzdən öncə rəsmən öz vəzifəsindən istefa verəcəkdir.
Bir qrup digər ingiis nazir də bildiribdir ki, Consonla fikir ayrılığına malik olduğuna görə, istefa verəcək.İngiltərənin yeni baş naziri Boris Conson dünən axşam Bukingem sarayına gələrək, kraliçadan yeni nazirlər kabinetinin təşkili barədə tapşırıq alıbdır.
İngiltərənin yeni baş naziri vəd veribdir ki, oktyabrın 31-də nəyin bahasına olursa-olsun bu ölkəni Avropa Birliyindən çıxaracaqdır.
Əgər İngiltərə razılaşma əldə olunmadan Avropa Birliyindən çıxarsa, kəskin iqtisadi və siyasi şokla üzləşəcəkdir.
Conson çərşənbə axşamı günü hakim mühafizəkarlar partiyasının yeni rəhbəri və İngiltərənin yeni baş naziri seçildi.
Boris Conson mühafizəkarlar partiyasında keçirilən daxili seçkilərin yekun mərhələsində Ceremi Hantı məğlub edə və Tereza Meyin yerini tuta bildi.
/129
25 iyul 2019 - 04:20
Xəbər kodu: 964230
Boris Consonun nazirlər kabinetinin təşkilinə dair tapşırığına uyğun olaraq, xarici işlər, ticarət, müdafiə və maliyyə nazirləri istefa veriblər.