(ABNA24.com) İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Seyyed Əbbas Mousəvi müxbirlərin suallarına cavabda xarici işlər nazirləri səviyyəsində İranla müzakirə barədə Amerikanın ruslara mesaj verməsi iddiasını təkzib edib.
Ötən günlərdə bəzi medialar və sosial şəbəkələr Rusiyanın vasitəçiliyi ilə İran-Amerika dialoqu ehtimalından xəbər veriblər.
Belə bir halda, Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətinidəki nümayəndə heyəti iyulun 10-da bir bəyanatda bildirib ki, Vaşinqton heç bir önşərt olmadan Tehranla müzakirəyə hazırdır.
/129