11 iyul 2019 - 06:14
İranın təhdidlərə cavabı dağıdıcı olacaq

İran silahlı qüvvələrinin baş qərargah rəisi deyib: İran İslam Respublikasının silahlı qüvvələrinin ölkənin təhlükəsizlyinə və sərhədlərinə qarşı hər cür təhdidə cavabı sərt və dağıdıcı olacaq.

(ABNA24.com) İran silahlı qüvvələrinin baş qərargah rəisi deyib: İran İslam Respublikasının silahlı qüvvələrinin ölkənin təhlükəsizlyinə və sərhədlərinə qarşı hər cür təhdidə cavabı sərt və dağıdıcı olacaq.

İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Mohəmməd Baqeri bu gün İranın şimal-şərqindəki sərhəd xətlərindən baxış keçirərkən Taybadda şiə və sünni din ailmləri, qəbilə başçıları və sərhədçiləri qarşısında əlavə edib: Bu gün İran şiə və sünni əhli daxil olmaqla öz inqilabçı din alimləri və əhalinin iştirakı ilə düşmənlərin hər cür fitnəsini zərərsizləşdirəcək.

General-mayor Baqeri dünən də Tehranda İran silahlı qüvvələrinin baş qərargah rəisi əvəzinin təqdimatı mərasimində İran İslam Respublikasının nə savaşdan qorxduğunu, nə də onu alqışladığını bildirərək, dedi ki, İranın silahlı qüvvələri düşmənin ehtimal olunan hər cür təcavüzünə qətiyyətli cavab verəcək.





/129