(ABNA24.com) BMT baş katibi sözçüsünün müavini Fərhan Həqq Yəmən barədəki hesabatında bildirib ki, bu il təqribən yarım milyon yəmənli vəbaya tutulub.
Fərhan Həqq bir mətbuat konfransında deyib: Bu il vəba xəstəliyinə yoluxanların sayı 460 min nəfərə çatıbdır. Bu rəqəm ötən il 380 min nəfər idi.
O, əlavə edib: İndiyədək Yəməndə vəbaya yoluxma üstündə 705 nəfər həyatını itirib.
BMT baş katibi sözçüsünün müavini əlavə edib: Yəməndəki son sel və sağlam içməli suyun olmaması vəbanın bu ölkədə yayılmasını sürətləndirən amillərdəndirlər.
Fərhan deyib: Bu il Yəməndə humanitar proqramların icrası üçün bu ölkə vətəndaşlarından təqribən 20 milyon nəfər üçün 4,2 milyard dollar xarici yardıma ehtiyac var.
/129
10 iyul 2019 - 07:53
Xəbər kodu: 959653
BMT baş katibi sözçüsünün müavini Fərhan Həqq Yəmən barədəki hesabatında bildirib ki, bu il təqribən yarım milyon yəmənli vəbaya tutulub.