7 iyul 2019 - 04:45
Tramp bir daha İranı hədələyib

Amerika prezidenti bir daha İrana qarşı hədələyici terminlərdən istifadə edib.

(ABNA24.com) Amerika prezidenti bir daha İrana qarşı hədələyici terminlərdən istifadə edib.

Donald Tramp özünün Nyu-Cersidəki istirahət mərkəzinə yola düşməzdən öncə müxbirlərin İran barədəki suallarının cavabında deyib: Görəcəyik ki, İran barədə nə baş verəcək. İran çox-çox ehtiyatlı olmalıdır.

İran İslam Respubikasının prezidenti Həsən Ruhani çərşənbə günü Amerikanın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasına və Avropa İttifaqının vədlərinin reallaşmamasına toxunaraq, vurğuladı ki, İran Tehranın Avropa üçün təyin etdiyi 60 günün başa çatdığı iyulun yeddisində öz zənginləşdirmə səviyyəsini ehtiyac duyduğu miqdarda artıracaqdır.

Nüvə anlaşmasınn 26 və 36-cı maddələrinə əsasən, qarşı tərəfin öz öhdəliklərinə sadiq qalmayacağı təqdirdə, İranın öz öhdəliklərinin icrasını tam və ya cüzi şəkidə dayandırmaq haqqı vardır.




/129