(ABNA24.com) Tehranın cümə namazı xitabətçisi ABŞ prezidentinin İrana hücumdan vaz keçməsinin səbəbi barədəki sözlərinə reaksiyada deyib: Amerika rəsmiləri İranın hərbi və müdafiə gücündən qorxurlar.
Ayətullah Mohəmməd Əli Movəhhediye Kermani Tehranın cümə namazı xütbələrində Amerikanın “Vinsens” hərbi gəmisinin 1988-ci il iyulun üçündə İranın sərnişin təyyarəsinə qarşı hücumunun ildönümünə işarə edərək, bildirib: Amerika bu cinayəti həyasızcasına və qəsdən törətdi.
Ayətullah Movəhhediye Kermani bildirib ki, amerikalı rəsmilər vəhşilik və yırtıcılıq xislətinə malikdirlər. O, deyib: İranlılar huş, əxlaq və insanlıqla öz güclərini dünya xalqlarına göstərirlər.
Tehranın cümə namazı xitabətçisi həmçinin İranın nüvə anlaşmasında qeyd olunmuş zənginləşdirilmiş uran ilə bağlı 300 kiloqramı keçməsinə işarə edərək, deyib: İranın atom bombasına ehtiyacı yoxdur və onun düzəldilməsini qanunsuz hesab edir.
Ayətullah Movəhhediye Kermani bildirib ki, İran, öz zənginləşdirmə səviyyəsini təyin edir. O, əlavə edib: İran İslam Respublikası avropalıların nüvə anlaşmasındakı sədaqətsizliklərindən sonra enerji təmini və elmi istifadələr üçün lazım biləcəyi miqdarda uran zənginləşdirməsini artıracaq.
Tehranın cümə namazı xitabətçisi həmçinin sionistlərin şüşə evdə yaşadıqlarını bildirərək, vurğulayıb: Əgər amerikalılar və sionistlər bir qələt eləyərlərsə, İran Fars Körfəzini onlar üçün qəbiristanlığa çevirəcəkdir.
Tehranlı namazqılanlar cümə namazı qııdıqdan sonra şüarlar verərək, Amerikanın İran xalqına qarşı düşmənçilik siyasətlərini pisləyib və düşmənlərin fitnələrinin uğursuz qalmasınadək müqavimətin davam etdirilməsini vurğulayıblar.
/129
6 iyul 2019 - 05:10
Xəbər kodu: 958022
Tehranın cümə namazı xitabətçisi ABŞ prezidentinin İrana hücumdan vaz keçməsinin səbəbi barədəki sözlərinə reaksiyada deyib: Amerika rəsmiləri İranın hərbi və müdafiə gücündən qorxurlar.