(ABNA24.com) Əfqanıstan daxili işlər nazirlyindəki məlumatlı bir mənbə bildirib ki, bu gün Kabildə baş verən ardıcıl partlayışlarda azı on nəfər ölüb, 35 nəfər də yaralanıbdır.
Bu mənbənin bildirdiyinə görə, bu gün səhər Kabilin mərkəzində beş ardıcıl partlayış baş verib. Bu partlayışlar Əfqanıstan müdafiə nazirlyi binasının yaxınlığındakı "Pole Məhmud xan", milli olimpiya komitəsi, "Şəmşad" özəl telekanalı və bu ölkə ordusuna dəstək mərkəzinin yerləşdikləri məntəqələrdə baş verib.
Bəzi məlumatlara görə, həmin partlayışlarda məqsəd, Əfqanıstan ordusuna dəstək mərkəzi olub. Ardıcıl partalyışlardan sonra "Şəmşad" özəl telekanalının yayımı kəsilibdir.
Partlayışlar nəticəsində ətrafdakı binaların şüşələri sınıb. Əfqanıstan polisi və rəsmləri partlayış məkanlarında olublar.
Bu partlayışlar zamanı pərakəndə atışma səsi və ABŞ səfirliyinin təhlükəsizlik xəbərdarlığı siqnalı eşidilib.
/129