3 iyul 2019 - 06:19
 İtaliya və Almaniya arasında höcətləşmə

İtaliya və Almaniya arasında höcətləşmə artıb. Buna səbəb, Roma tərəfindən gəmilərin lövbər salmalarının qadağan edilməsi qanununu pozan bir xilasedici gəminin alman kapitanının hərəkəti olubdur.

(ABNA24.com) İtaliya və Almaniya arasında höcətləşmə artıb. Buna səbəb, Roma tərəfindən gəmilərin lövbər salmalarının qadağan edilməsi qanununu pozan bir xilasedici gəminin alman kapitanının hərəkəti olubdur.

İtaliya baş nazirinin müavini Mattero Salvini Almaniyanın bu alman kapitanla bir cinayətkar kimi rəftar edilməsindən çəkinilməsinə dair xahişini əsəbiliklə rədd edibdir.

Almaniyanın bu xilasedici gəmisinin 31 yaşlı kapitanı Karola Rakite dünən "Si Vaç-3" gəmisinin İtaliyanın Lampedosa limanına lövbər salmasından sonra bu ölkənin icazəsi olmadan həbs olunubdur.

Sərnişinləri, xilas edilmiş onlarla afrikalı miqrant olan bu gəmi iki həftə beynəlxalq sularda sərgərdan qaldıqdan sonra İtaliya limanında lövbər salmağa məcbur oldu.

İtaliyada sağçı "LİQ" partiyasının lideri olan Salvini miqrantların İtaliya limanlarına yaxınlaşmalarına qarşı sərt mövqe tutub və Avropa ölkələrini onda ittiham edibdir ki, mühacirlərin dənizdən daxil olmaları ilə qarşılaşmada bu ölkəni tək qoyublar.




/129