30 iyun 2019 - 03:43
Fələstinlilərin Bəhreyn iclasına qarşı aksiyası

Fələstin xalqı Bəhreyn konfransının keçirilməsinə etiraz olaraq, Qəzzə zolağında aksiya keçirib.

(ABNA24.com) Fələstin xalqı Bəhreyn konfransının keçirilməsinə etiraz olaraq, Qəzzə zolağında aksiya keçirib.

Manama konfransının keçirilməsinin davam etməsilə bir zamanda hiddət alovu Fələstin xalqını bürüyübdür.

Fələstin xalqından böyük bir qrup Manama konfransının keçirilməsinə etiraz olaraq, BMT-nin Qəzzə zolağındakı iqamətgahı qarşısına toplaşıbdır. Onlar bu mesajı dünya xalqlarına çatdırmaq istəyirlər ki, Fələstin xalqı əsrin sövdələşməsini qəbul etmir.

Xalq yürüşü ilə bir zamanda Həmas hərəkatı və digər fələstinli qruplar vurğulayıblar ki, sionist rejimilə əlaqələri adiləşdirmək yolunda addım atan bütün kəslərlə mübarizə aparacaqlar. Fələstinin siyasi qrupları sionist rejimlə əlaqələri adiləşdirmək ardınca olan kəsləri Fələstin xalqının düşmənləri hesab edirlər.

Müsahibə(kişi): Bütün siyasi qruplar Fələstin bayrağı altında yerləşirlər. Əsrin sövdələşməsi bizi Tramp və Kuşner ilə mübarizədə daha da müttəfiq etdi.

Müsahibə(kişi): Bəhreyn xalqı və bütün ərəb və islami ökələr Manama konfransının keçirilməsi qarşısında möhkəm mövqe tutmalıdırlar. Əgər Fələstin xalqından yalnız bir nəfər qalmış olarsa, biz bu plan ilə mübarizə aparacağıq. Zira biz haqq əhliyik.

Bu istiqamətdə fələstinli köçəri tayfalar Fələstin xalqının adından bura, hər həftə işğalçılarla toqquşmaların baş verdiyi Qəzzə zolağının “Məlik Şərq” məntəqəsinə toplaşıblar. Onlar vurğulamaq istəyirlər ki, Fələstin köçəriləri də əsrin sövdələşməsini qəbul etmirlər. Fələstinli köçərilər siyasətdən uzaq olaraq təkid ediblər ki, əsrin sövdələşməsini rədd edir və bu sövdələşməni himayə edən və sionist rejimilə əlaqələri adiləşdirmək ardınca olan bütün kəslərlə mübarizə aparacaqlar. Fələstinli köçərilər əsrin sövdələşməsini Fələstin xalqının haqqında bir xəyanət adlandırıb və belə vurğulayıblar: Ərəb və islami ölkələrin xalqları bu sövdələşmənin himayədarları qarşısında susmayacaqlar.

Müsahibə(kişi): Biz buraya toplaşmışıq və siz hər bir saziş ki etsəniz, inşaallah, öz canınıza bəla olacaqdır. Və ölkələrinizin xalqları sizlərə qarşı qiyam qaldıracaqlar.

Qəzzə zolağındakı fələstinli köçərilər bir səslə bu mesajı bəyan etdilər ki, Bəhreyn konfransı hər şeydən öncə Fələstin xalqı tərəfindən süqut etdiriləcək. Və ərəb və islami ölkələrinin xalqları sionist rejimlə əlaqələrin adiləşdirilməsini və bu xəyanəti qəbul etməyəcəklər.




/129