30 iyun 2019 - 03:42
Dəməşqdə terror partlayışı

Suriyanın paytaxtı Dəməşq şəhərində terror partlayışı nəticəsində indiyədək iki nəfər yaralanıb.

(ABNA24.com) Suriyanın paytaxtı Dəməşq şəhərində terror partlayışı nəticəsində indiyədək iki nəfər yaralanıb.

Suriyanın rəsmi SANA xəbər agentliyi bildiribdir ki, bu gün səhər bomba qoyulmuş bir avtomobil Dəməşqin Əlməzzəh şosesində partlayıb. Nəticədə bir ana uşağı ilə birgə yaralanıbdır.

Bu məlumata görə, yaralılar xəstəxanaya köçürülüblər və hazırda müalicə kursu keçirlər.

İran İslam Respublikasının Suriyadakı səfirliyi, eləcə də Kanada səfirliyi bu şose kənarında yerləşirlər. Suriyanın baş nazirlik və xarici işlər nazirlyi binaları da onun yaxınlığında yerləşirlər.

İndiyədək heç bir qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyibdir.





/129