25 iyun 2019 - 03:51
Çexiyada anti-hökumət aksiyaları davam edir

Çexiya Respublikası xalqından minlələ nəfər dünən bir daha paytaxt Praqada aksiya keçirərək, bu ölkənin baş nazirinin istefa verməsini tələb edib.

(ABNA24.com) Çexiya Respublikası xalqından minlələ nəfər dünən bir daha paytaxt Praqada aksiya keçirərək, bu ölkənin baş nazirinin istefa verməsini tələb edib.

Çexiyalılar bu aksiyada həmin ölkənin baş naziri Andre Babişə qarşı şüarlar veriblər.

Aksiyaçıların əllərində üzərlərində “İstefa!”, “Yetər!” və “Biz demokratiyadan əl çəkməyəcəyik!” şüarları yazılmış plakatlar olub.

Çexiya Respublikası son həftələrdə Andre Babişin müxaliflərinin aksiyaları səhnəsinə çevrilibdir.

Çexiya Respublikasının xalqı bu ölkənin baş nazirini korrupsiyada ittiham edir.

Andre Babiş onda ittiham olunur ki, Avropa Birliyinin subsidiyalarından şəxsi məqsədlər üçün istifadə edibdir.

Avropa Birliyi Çexiya Respublikası daxil olmaqla Mərkəzi və Şərqi Avropadakı bəzi ölkələrə Qərbi Avropa ölkələrinə nisbətən daha zəif iqtisadiyyata malik olduqlarına görə, subsidiyalar və maliyyə yardımları təqdim edir.

Qərb mediaları “Demokratiya üçün bir milyon an” adlı qrup tərəfindən keçirilən bu yürüşü Çexiya Respublikasında kommunizmin başa çatmasından sonra ən böyük aksiya kimi qeyd ediblər.

Popolist “ANO” partiyasının lideri Andre Babiş Çexiya Respublikasının kənd təsərrüfatı, yeyinti məhsulları və dərman sektorlarında böyük bir maliyyə imperiyasının banisidir.




/129