(ABNA24.com) Amerika prezidenti təhqiramiz ibarələrlə səudiyyə başçılarını yad edib və deyib ki, Amerika varlı ölkə olan ərəbistandan pul almalıdır.
Donald Tramp dünən yayılmış NBC telekanalı ilə müsahibəsində pul almaq qarşılığında ərəbistanı qorumağı Amerikanın Qərbi Asiyadakı iştirakının dəlillərindən biri adlandırıb və bildiribdir ki, Vaşinqton bu mühafizənin əvəzində bir şey almadığı keçmişdəkinin əksinə olaraq, hazırda həmin mühafizədən maliyyə mənfəəti əldə edir.
Amerika prezidenti bu müsahibədə həmçinin etiraf edibdir ki, iqtisadi məsələlərə görə, ərəbistanın Yəmən daxil olmaqla bölgədə törətdiyi qırğınları və militarist siyasətlərinə göz yumur.
Amerika prezidenti bundan öncə də səud başçılarını südlük inək adlandırmış və bir seçki çıxışında da vurğulamışdı ki, ərəbistanın krallıq rejimi Amerikanın dəstəkləri olmadan iki həftə ərzində dağılacaqdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın səudlara qarşı bu təhqirindən sonra twitter-də yazıbdır ki, “təhqir”, əcnəbilərə təhlükəsizliyi tapşırmağın mükafatıdır.
/129
25 iyun 2019 - 03:50
Xəbər kodu: 954663
Amerika prezidenti təhqiramiz ibarələrlə səudiyyə başçılarını yad edib və deyib ki, Amerika varlı ölkə olan ərəbistandan pul almalıdır.