22 iyun 2019 - 08:11
İndoneziyadakı yanğında 30 nəfər həlak olub

İndoneziyanın Sumatra adasının şimalında yerləşən Bincay məntəqəsində bir zavodun partlaması otuz nəfərdən çox insanın həyatına son qoyub.

(ABNA24.com) İndoneziyanın Sumatra adasının şimalında yerləşən Bincay məntəqəsində bir zavodun partlaması otuz nəfərdən çox insanın həyatına son qoyub.

Müşahidəçilərdən birinin sözlərinə görə, güclü partlayış səsindən sonra zavoddan alovun tüstülü şölələri səmaya qalxıb.

Bu hadisə İndoneziyanın şimalında yerləşən Sumatra əyalətində baş verib və yerli mediaların məlumatlarına görə, ölənlər arasında bir neçə uşaq da var.

Yaşlı bir qadın olan bu binanın sahibi İndoneziyanın "Metro" televiziyasına deyibdir ki, onu dörd il bundan öncə bir iş adamına kirayə veribdir.




/129