17 iyun 2019 - 03:36
Qrenfell faciəsinin ildönümü günü

Londonda Qrenfell yaşayış qülləsində yanğın faciəsindən iki il ötür, amma bu faciədən zərər çəkmiş ailələrdən bir çoxunun sualları cavabsız qalmaqda davam edir.

(ABNA24.com) Londonda Qrenfell yaşayış qülləsində yanğın faciəsindən iki il ötür, amma bu faciədən zərər çəkmiş ailələrdən bir çoxunun sualları cavabsız qalmaqda davam edir.

Londonun mərkəzi yaxınlığında yerləşən Qrenfell yaşayış qülləsində yanğın faciəsi elə bir halda özünün üçüncü ildönümünə daxil olubdur ki, hələ də onun törətdiyi kədər yükünün ağırlığı hiss olunur.

Müsahibə: Mən otağımın pəncərəsindən faciəni görürdürm. Ömrümdə belə bir şey görməmişdim. Yaxın dostlarımdan ikisini bu kədərli yanğında itirdim. Sədaqətlə deyim ki, bu faciə amilləri barədə ədalət icra olunmayıb və biz hələ də ədalətin icrasını gözləyirik, halbuki ədalətin icrası üçün heç bir perspektiv görmürük.

Qrenfell qülləsində yanğının ildönümü günündə bu faciə qurbanlarının xatirələrinə bir mərasim keçirilib və qurbanların ailələri xüsusiyyət təşkil etməklə mərasim iştirakçılarının əsas tələblərindən biri kimi ədalətin icrası tələb olunubdur.

Müsahibə: Qohumlarımdan ikisi bu qüllədə yandı. Bu hadisənin üçüncü ilinə daxil olduğumuz bir halda, qurbanların ailələrinin onlarla sualından heç birinə cavab verilməyibdir. Necə ola bilər ki, Londonun mərkəzindəki bir qüllədə 72 nəfər yana, amma onları xilas etmək mümkün olmaya?

Yayılmış məlumatlara əsasən, bu faciədə 72 nəfər, o cümlədən 18 uşaq 9 saat ərzində camaatın gözləri önündə yandı. Bir qrup iranlı da bu faciə qurbanları arasındadır.

Müsahibə: Bu faciədə həyatını itirmiş 72 nəfər üçün 72 gül.

Cavabsız qalmış tələblər və qaranlıq cəhətlər qurbanların ailələrini və həyatı boyu qazandığı bu alovda yanmış 120 ailəni Qrenfell üçün ədalət kampaniyası yaratmağa və bir neçə aksiyada öz tələblərini irəli sürməyə məcbur etdi.

Müsahibə: Məncə, qurbanların ailələri hələ də ədalət ardıncadırlar ki, nə üçün bu qüllədə keyfiyyətsiz örtüklərdən istifadə olunubdur? Nə üçün bu binada təhlükəsizlik sınağı aparılmayıbdır? Nə üçün yanğınsönjdürmə sisteminə malik olmayıb və yardım əməliyyatı nəyə görə, qeyri-düzgün olubdur? Bunlar bu qüllə sakinlərinin həlak olmalarına bais olubur.

İnsan haqları fəallarının qənaətincə, Qrenfell qülləsi dünyanın ən varlı ölkələrindən birində yoxsul insanların həyatı və təhlükəsizliyinə diqqətsizlik simvoluna çevrilibdir.

Müsahibə: Bir mənzildə kiçik bir alov necə ola bilər ki, bütün qüllənin yanmasına gətirib çıxarmış olsun. Məncə, bu hadisədə pula insanların həyatından daha çox üstünlük verilibdi.

Londonda Qrenfell yaşayış qülləsində yanğın faciəsindən iki il ötür, amma bu faciədən zərər çəkmiş ailələrdən bir çoxunun sualları cavabsız qalmaqda davam edir. Suallar bu faciənin baş verməsi səbəbi, yanğının yayılması tərzi, yardımın çatdırılması və didərginlərin yerləşdirilmələri tərzi və daha mühümü, 72 nəfərin nə üçün bu faciədə yanmasından ibarətdir. Ümumi fikir hələ də bu sualların cavabını gözləyir.



/129