(ABNA24.com) İran İslam Respublikasının Pakistanın Kəraçi şəhərindəki baş konsulluğu bildirib ki, Pakistanda həbsdə olan iranlı dənizçi və balıqçıların sonuncu qrupu azad edilib.
Bu onnəfərlik qrup İran İslam Respublikasının hava reysi ilə İrana geri dönüb.
Bundan öncə də Pakistan sularına daxil olmaq ittihamı ilə həbs olunmuş 47 iranlı dənizçi dörd etapda Send əyalətindəki zindanlardan azad edilmişdi.
/129