(ABNA24.com) Qazaxıstanın yeni prezidenti bir mətbuat konfransında çərşənbə günü öz inauqurasiya mərasiminin keçiriləcəyindən xəbər verib.
Qasım-Comərd Tokayev mətbuat konfransında deyib ki, mərkəzi seçki komissiyası tərəfindən rəsmi nəticələrin yayılacağı təqdirdə, andiçmə mərasimi sabah, çərşənbə gününə nəzərdə tutulubdur.
Qazaxıstan mərkəzi seçki komissiyasının ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədi- Qasım-Comərd Tokayev səslərin 70,76 faizini əldə edərək, bu ölkənin prezident seçkilərində qələbə qazanıbdır.
Qazaxıstan prezident seçkiləri elə bir halda keçirilibdir ki, bu ölkənin sabiq prezidenti Nursultan Nazarbayev cari il martın 20-də gözlənilmədən vəzifəsindən kənara çəkildi və o zamandan bəri müvəqqəti prezident Qasım-Comərd Tokayev bu ölkəni idarə edibdir.
/129
12 iyun 2019 - 03:58
Xəbər kodu: 949841
Qazaxıstanın yeni prezidenti bir mətbuat konfransında çərşənbə günü öz inauqurasiya mərasiminin keçiriləcəyindən xəbər verib.