12 iyun 2019 - 03:56
İngiltərənin AB-dən razılıqsız çıxması ehtimalı var

Londonun razılıq olmadan Avropa Birliyindən çıxması ehtimalı, həmçinin Avropa ilə ticarətdə ixracat və idxalat taarifinin qəbul etdirilməsi imkanı İngiltərədə xarici avtomobilqayırma şirkətlərinə mənfi təsir göstəribdir.

(ABNA24.com) Londonun razılıq olmadan Avropa Birliyindən çıxması ehtimalı, həmçinin Avropa ilə ticarətdə ixracat və idxalat taarifinin qəbul etdirilməsi imkanı İngiltərədə xarici avtomobilqayırma şirkətlərinə mənfi təsir göstəribdir.

İngiltərənin istefa vermiş baş nazrinin canişinliyinə namizədlərin rəqabəti elə bir halda iqtisadi vədlərlə başlanıbdır ki, ən yeni məlumat İngiltərə iqtisadiyyatının aprel ayında 0,4 faizlik azalmasından söz açır və bütün pis iqtisadi xəbərlərdə İngiltərənin Avropa Birliyindən çıxması və ya breksit onun mühüm dəlillərindən biridir.

İngiltərə xırdavatçılar cəmiyyəti də əhalinin ötən ay əsas küçələrdəki satış mərkəzlərinə müraciət etməsini bu kimi məlumatların toplandığı tarixdən, yəni 24 il bundan öncədən bəri minimum miqdar elan edibdir.

Müsahibə(qadın): Bu, İngiltərədəki satış mərkəzlərinin məhsuldarlığında ciddi problemdən xəbər verir və göstərir ki, xalq qeyri-zəruri mallar üçün az pula malikdir.

Müsahibə(kişi): Avropa Birliyində olmaq bizim iqtisadiyyatımız və ölkəmiz üçün faydalıdır. İki tərəfə lazım olan işçi qüvvəsi asanlıqla dəyişə bilər. Əmtəə malları da həmçinin. Amma Avropa Birliyindən çıxmaqla iri həcmdə problem və məhdudiyyətlərlə üzləşəcəyik.

Breksit İngiltərədə fəaliyyət göstərən yüzlərlə şirkəti köçürtməkdən əlavə, bir çox istehsal şirkəti və zavodunu tətil və ya yarıfəaliyyət ərəfəsində qoyubdur ki, avtomobil sənayesi bu qəbildəndir. Avtomobil istehsalı 44 faiz azalma ilə ötənilki 128 min ədəddən yeni ildə təqribən 71 min ədədə qədər tənəzzül edibdir.

Honda, Nissan, “Yaquar Land-Rover” şirkətlərindən sonra 12 min nəfərin işləməsində təsirli olmuş məşhur Ford şirkəti İngiltərədəki qırxillik fəaliyyətinə son qoyan növbəti avtomobil şirkətidir.

İngiltərədə yayılan rəsmi məlumatlara əsasən, bu şəxslərin bu ölkədəki iflasauğrama miqdarı 115 min nəfərlə son beş ildə ən yüksək səviyyəyə çatıbdır.

İngiltərədə pul gözətçisi fondu da ən yeni hesabatda bildirib ki, bu ölkədə 16 mindən çox şirkət iflasa uğrayıbdır.




/129