(ABNA24.com) Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın müdafiə nazirləri sabah görüşərək, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Azərbaycan Respublikası müdafiə nazirliyi saytının məlumatına görə, bu üçtərəfli görüş sabah Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriyanın iştirakı ilə Azərbaycan Respublikasının Qəbələ şəhərində keçiriləcəkdir.
Bu görüşdə üç ölkənin müdafiə nazirləri üçtərəfli hərbi həmkarlıqların genişləndirilməsi, regional layihələrin təhlükəsizliklərinin təmini və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
/129
12 iyun 2019 - 03:47
Xəbər kodu: 949826
Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanın müdafiə nazirləri sabah görüşərək, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.