11 iyun 2019 - 03:37
Sarı jiletlilərin 30-cu şənbəsinin etirazları

Fransad sarı jiletlilərin etirazları özünün otuzuncu şənbəsinə çatdı ki, Fransa hökuməti xalq qarşısında dəmir yumruq siyasətindən savayı ayrı bir həll yoluna malik olmayıbdır.

(ABNA24.com) Fransad sarı jiletlilərin etirazları özünün otuzuncu şənbəsinə çatdı ki, Fransa hökuməti xalq qarşısında dəmir yumruq siyasətindən savayı ayrı bir həll yoluna malik olmayıbdır.

Fransada anti-kapitalizm hərəkatı özünün 30-cu etiraz şənbəsini də arxada qoydu.

Xalqın Fransa hökumətinin 30 həftə dəmir yumruq siyasəti, repressiyası və susması qarşısında 30 həftə fəryad, etiraz və hiddət həftəsi.

Müsahibə: Həll yolu tapmalı və problemi həll etməliyik, lakin təəssüflər olsun, otuz həftədir ki, xalqın küçələrdə olması cənab Makronun hökuməti və onun özünün əsla vecinə deyil və yalnız polisi bizim qarşımızda qoyurlar.

Fransa mediaları otuz həftə etirazçıların repressiya və həbs edilmələrinə nəzər salmadan etiraz hərəkatının haldan düşməsindən xəbər verirlər.

Müsahibə: Buranın medialarının sözlərinə qulaq asılmamalıdır. Deyirlər ki, hərəkat haldan düşübdür, halbuki əsla belə deyildir. Biz Makronun yanlış siyasətlərini uğursuz qoymaq üçün lazım olan zamanadək küçələrdə qalacağıq.

On ölü və 14 mindən çox yaralı və məhbus. Bu, öz vətəndaşlarının nəinki sümüklərini, həm də onların şəxsiyyətləri və qürurlarını da sındırmış bir rejimə qarşı otuz etiraz şənbəsinin tələfatının dəhşətli statistikası.

Müsahibə: Mən bu gün aksiya paltarını geymədim, çünki cümə axşamı günü evdə olmayanda ev yiyəsi vəsaitlərimi çölə töküb. Bu, doğrudan da dəhşətlidir, amma müqəssir, ev yiyəsi deyil. Müqəssir, bizim sümüyümüzü və qürurumuzu tapdamış kapitalizm quruluşudur.

Otuz həftədən sonra Fransanın ümümi fikrində və media atmosferində bu sual ortaya qoyulur ki, bu etiraz hərəkatı nə vaxtadək davam edəcək?

Müsahibə: Bilmirəm, bu hərəkat haçanadək davam edəcək, amma bilirəm ki, biz tələblərimizdən heç birinə çatmamışıq. Buna görə, etirazı buraxmayacağıq. Heç olmasa, ölənlərimizə və yaralılarımıza görə davam etdirməliyik.

Hər halda, insan haqları iddiasında olan bir ölkədə bu otuz etiraz həftəsində, otuz repressiya həftəsində qəribə hadisələr baş veribdir. Əgər bu hadisələrdən hər biri başqa yerlərdə baş vermiş olsaydı, mütləq başqa birilərinin səsləri çıxmış olardı.

Bu hərəkat aksiyalar təşkil etməkdən əlavə, mədəni işlər görmək və bu otuz həftədə başına gələn hadisələri göstərməklə xalq arasında daha çox zahir olmaq niyyətindədir.



/129