11 iyun 2019 - 03:34
Albaniyada hökumət əleyhinə nümayişlər davam edir

Albaniya xalqının hökumət əleyhinə etirazları dünən paytaxt Tirana daxil olmaqla bu ölkənin müxtəlif şəhərlərində davam edib.

(ABNA24.com) Albaniya xalqının hökumət əleyhinə etirazları dünən paytaxt Tirana daxil olmaqla bu ölkənin müxtəlif şəhərlərində davam edib.

Alban etirazçılar bu aksiyada baş nazir Edi Ramaya qarşı şüarlar veriblər.

Tirana şəhərində keçirilən aksiyanın iştirakçıları bu ölkənin baş nazirinin istefa verməsini tələb ediblər. Onların əllərində üzərində "Rama, çıx get!" şüarı yazılmış plakatlar olubdur.

Bu etirazlar Albaniyanın bir sıra şəhərlərində zorakılığa çevrilib və polis qüvvələri ilə etirazçılar arasında çıxan qarşıdurma zamanı bir neçə nəfər həbs olunubdur.

Polis aksiyaçıları dağıtmaq üçün onlara qarşı gözyaşardıcı qaz və rezin güllələr işlədibdir.




/129