11 iyun 2019 - 03:33
Qazaxıstanda 500 nəfər həbs olunub

Qazaxıstanın polis qüvvələri bu ölkənin prezident seçkiləri başa çatandan sonra etirazçılardan 500 nəfəri həbs ediblər.

(ABNA24.com) Qazaxıstanın polis qüvvələri bu ölkənin prezident seçkiləri başa çatandan sonra etirazçılardan 500 nəfəri həbs ediblər.

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin yerini tutmuş Qasım-Comərd Tokayev altı prezident namizədi ilə rəqabətdə prezident yeri üçün əksəriyyət səsi qazana bilibdir.

Nazarbayev dörd il bundan öncə xalqın seçkilərdə 95 faizlik iştirakı ilə səslərin təqribən 98 faizini əldə edə bilmişdi.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Vladimir Fausov, seçkilərin başa çatmasından sonra keçirilən mətbuat konfransında prezident seçkisində iştirak səviyyəsini 95 faiz elan edibdir.

Qazaxıstan prezident seçkiləri dünən keçirildi. 18,5 milyon nəfərlik əhalidən təqribən on bir milyon nəfər bu seçkilərdə səsvermə şəraitinə malik olubdur.

Otuz ilə yaxın Qazaxıstana prezidentlik etmiş Nursultan Nazarbayev bu il martın 20-də bu vəzifədən kənara çəkildi və ondan sonra hökumət başçılığı müvəqqəti olaraq, senat sədri Qasım-Comərd Tokayevə həvalə olundu.

Qazaxıstanda prezident beş il müddətinə seçilir. Prezident seçkilərinə namizəd, bu seçkilərdə qalib gəlmək üçün səslərin əlli faizindən çoxunu əldə etməlidir. Əks halda, seçkilər ikinci etapa çəkiləcəkdir.



/129