(ABNA24.com) Venesuelanın vitse-prezidenti bildirib ki, ölkəsi rubldan istifadə ilə Rusiya ilə ticarət üçün yeni bir mexanizm yaradıbdır.
Tareq Əl-Ayssami Sankt-Peterburq beynəlxalq iqtisadi konfransının kənarında qeyd edib ki, bu mexanizm dollardan istifadə ilə ödənişi əngəlləyən Amerikanın sanksiyalarına cavab olaraq yaradılıbdır.
Əl-Ayssami əlavə edib: Venesuela və Rusiya tezliklə özlərinin ticarət mübadilələrində dolların yerinə, rubldan istifadə edəcəklər.
Rusiya prezidenti Vladimir Putin də cümə günü bu konfransda ABŞ hökumətinin dollardan təzyiq vasitəsi kimi istifadə etməsinə toxunaraq, dolların rolunun yenidən nəzərdən keçirilməsini istəmişdi.
Amerika beynəlxalq maliyyə sisteminin, banklar və şirkətlərin dollardan asılı olmalarından başqalarını bu ölkənin tələblərinə əməl etməyə məcbur etmək üçün bir vasitə kimi istifadə edir. Bu hərəkət geniş beynəlxalq tənqidlərə tuş gəlibdir.
/129
9 iyun 2019 - 08:55
Xəbər kodu: 948591
Venesuelanın vitse-prezidenti bildirib ki, ölkəsi rubldan istifadə ilə Rusiya ilə ticarət üçün yeni bir mexanizm yaradıbdır.