3 iyun 2019 - 07:12
Nigeriyada Şeyx Zəkzakiyə dəstək aksiyası

Press TV-nin Abucadakı müxbirinin bildirdiyinə görə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin tərəfdarları paytaxt küçələrində aksiya keçirərək, Zəkzakinin həbsdə saxlanılmasına etiraz ediblər.

(ABNA24.com) Press TV-nin Abucadakı müxbirinin bildirdiyinə görə, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin tərəfdarları paytaxt küçələrində aksiya keçirərək, Zəkzakinin həbsdə saxlanılmasına etiraz ediblər.

Aksiya iştirakçıları bildiriblər ki,  həkim heyətinin qərarı əsasında Şeyx Zəkzaki və həyat yoldaşı səhhətlərində yaranan problemlərə görə təcili həkim nəzarətinə götürülməlidir.

Abdullah Məhəmməd Musa - Etiraz aksiyasında çıxış edənlərdən biri: "Şeyx Zəkzaki və həyat yoldaşının təcili həkim nəzarətinə götürülməsinə dair məlumatlar var. Amma, onların həbsdə saxlanılması buna icazə vermir və onların sağlamlığına ciddi zərər yetirir.

Şeyx Zəkzakinin bir gözü artıq görmə qabiliyyətini itirib.Nigeriya hərbçiləri 2015-ci ildə onun mənzilinə basqın edərkən Şeyx Zəkzaki ciddi xəsarətlər almışdı.

Hərbçilərin hücumu nəticəsində ağır xəsarətlər alan Şeyx Zəkzaki və həyat  yoldaşı 2016-cı ildə Ali Məhkəmənin barələrində sərbəst buraxılmalarına dair qərar çıxartmasına baxmayaraq, hələ də həbsdə saxlanılırlar.

Ötən ay mərkəzi ofisi Londonda yerləşən İslam İnsan Haqları Komissiyası Şeyx Zəkzakinin sağlamlığını öyrənmək üçün Abucaya bir həkim heyəti göndərmişdi. Hazırda bu komissiyanın bildirdiyinə görə, Şeyx Zəkzaki və həyat yoldaşı müalicə olunmaq üçün xəstəxanaya köçürülməlidirlər. Deyilənlərə görə Şeyx Zəkzakinin həyat yoldaşı ağır xəstədir və yeriyə bilmir.

Abdullah Məhəmməd Musa deyir: Hal hazırda Şeyx Zəkzakinin həyat yoldaşının bədənində güllə mərmiləri var və səhhəti xeyli ağırlaşıb. Ağrı və acılar çəkir.

Zəkzakinin vəkilinin dediyinə görə, bu ruhani və həyat yoldaşı sağlamlıqları ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmirlər.

Şeyx Zəkzakinin tərəfdarları insan haqlarının qlobal bir məsələ olduğunu bildirilrə. Və Şeyx Şəkzakinin hüquqları Nigeriya hökuməti tərəfindən aşkar formada pozulur. Aksiy aiştirakçıları bildirirlər ki, Nigeriya dövləti heç bir şərt olmadan Şeyx Zəkzakini azad etməlidir.





/129