30 may 2019 - 08:54
İnqilab Rəhbəri: Fələstin xalqını müdafiə etmək humanist və dini cəhətə malikdir

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə axşamı universitet müəllimləri ilə görüşdə Fələstin xalqını müdafiə etməyin humanist və dini cəhətlərə malik olduğunu deyərək, ABŞ-ın yolunu izləyənlərin "Əsrin anlaşması"nın baş tutmasına səy göstərdiklərini amma, ABŞ və onun ardınca gedənlərin bu yolda uğur qazana bilməyəcəklərini söylədi.

(ABNA24.com) İslam İnqilabının Böyük Rəhbəri çərşənbə axşamı universitet müəllimləri ilə görüşdə Fələstin xalqını müdafiə etməyin humanist və dini cəhətlərə malik olduğunu deyərək, ABŞ-ın yolunu izləyənlərin "Əsrin anlaşması"nın baş tutmasına səy göstərdiklərini amma, ABŞ və onun ardınca gedənlərin bu yolda uğur qazana bilməyəcəklərini söylədi.

İnqilab rəhbərinin ofisinin verdiyi məlumata görə, həzrət ayətullah Xamenei bu ilki Qüds gününü hər il olduğundan daha önəmli adlandırdı və dedi: Məsələni daha da əhəmiyyətli edən ABŞ və onun ardınca gedənlərin "Əsrin anlaşması" planının icrası üzrə xəyanətkar rəftarlarıdır.

İnqilab rəhbəri Fələstinin hazırkı şəraitini keçmiş ilə fərqləndirən cəhətin Fələstin məsələsini birdəfəlik olaraq gündəmdən çıxartmağa çalışan ABŞ və onun ardınca gedənlərin ədəbiyyatı və aşkar niyyətlərindən qaynaqlandığını söyləyərək, dedi: Buna görə də xalqın iştirakı ilə Fələstini müdafiə sayılan Qüds günü yürüşü bu il xeyli mühümdür.

Həzrət ayətullah Xamenei söhbətlərinin davamında xarici mediaların müzakirələrə dair qalmaqallarına işarə edərək, dedi: Onların "İran müzakirə masasına qayıtmalıdır" deməkdə məqsədləri ABŞ ilə müzakirədir. Çünki, bizim digər ölkələri lə problemimiz yoxdur. Avropalılar və digərləri ilə müzakirə edirik.

İnqilab rəhbəri müzakirələrdə ən önəmli məsələnin müzakirə mövzusunun müəyyənləşdirilməsi olduğunu söyləyərək, dedi: Biz hər mövzu ilə bağlı müzakirə etmirik. Ölkənin müdafiə qüdrəti kimi "İnqilabın namusu və əsası" sayılan mövzular müzakirə mövzusu ola bilməz.

Həzrət ayətullah Xamenei bir daha İran İslam Respublikasının ABŞ ilə müzakirə etməyəcəyini deyərək, əlavə etdi: Öncə də deyildiyi kimi, ABŞ ilə müzakirə etməməyin səbəbi birincisi bunun faydasız, ikincisi isə zərərli iş olmasına görədir.

İnqilab rəhbəri ABŞ-ın İran xalqına qarşı təzyiqlərinə işarə edərək, dedi: İran İslam Respublikası ABŞ-ın təzyiqləri müqabilində lazımi təzyiq vasitələrinə malikdir.

İnqilab rəhbəri həmçinin, İranın elmi inkişafının imperialist və müstəmləkəçi dövlətləri nigaran etdiyini deyərək, əlvavə etdi: Ölkənin elmi inkişafı bizim iddiamız deyil. Dünyanın elmi reytinq mərkəzləri də İranda elmi inkişafın dünyanın elmi inkişafından 13 dəfə daha sürətli olduğunu elan edirlər.




/129