(ABNA24.com) Sionist rejim hərbçilərinin Qəzzə zolağında 59-cu "Qayıdış Haqqı" yürüşü iştirakçılarına hücumunda 16 fələstili yaralanıb.
Əl-Aləm kanalının bildirdiyinə görə, Qəzzə sakinləri cümə günü axşam 59-cu "Qayıdış Haqqı" yürüşündə iştirak etmək üçün işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqəyə toplaşıblar.
"Qayıdış Haqqı" yürüşü 59-cu cüməsində "Əməkdaşlıq və Yardımlaşma" adıaltında keçirilib.
Sionist rejim hərbçiləri fələstinli aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazlarla yanaşı döyüş güllələrindən də istifadə ediblər.
"Qayıdış Haqqı" yürüşü 30 mart 2018-ci il tarixindən etibarən "Torpaq günü" ilə bir vaxtda başlandı və o zamandan bəri hər cümə günü keçirilir.
"Qayıdış Haqqı" yürüşlərinin keçirildiyi müddət ərzində 317 yürüş iştirakçısı İsrail hərbçiləri tərəfindən vurularaq, şəhid edilib. Yaralı sayı isə 31 min nəfərdən çoxdur.
/129
25 may 2019 - 08:52
Xəbər kodu: 943983
Sionist rejim hərbçilərinin Qəzzə zolağında 59-cu "Qayıdış Haqqı" yürüşü iştirakçılarına hücumunda 16 fələstili yaralanıb.