23 may 2019 - 11:24
İnqilab Rəhbəri: ABŞ və İsrailin məhvi qaçılmazdır

İslam İnqilabının Böyük RƏhbəri çərşənbə günü axşam minlərlə tələbə ilə görüşdə aydın və ümidverici nöqtənin olmasının istənilən ümumi hərəkətin davam etməsinin amili adlandırdı və dedi: İran xalqının böyük işlər görmək və onları başa çatdırmaqdakı isbat olunmuş potensialı İran xalqının ölkənin hədəf və məqsədlərinə gedən yolda ümimi hərəkətinin ən böyük ümid nöqtəsidir.

İnqilab Rəhbərinin ofisinin informasiya portalının bildirdiyinə görə, həzrət ayətullah Xamenei bu görüşdə Allahın dininə kömək edənlərin qələbəsinin ilahi bir vəd olduğuna işarə edərək, dedi: Qərb sivilizasiyasının aşınması və məhvi qaçılmazdır. Əlbəttə, bu prosesin hiss edilən olması zamana ehtiyaclıdır. Dİgər ümid nöqtəsi isə İran xalqının hərəkət prosesindədir.

İnqilab rəhbəri həmçinin dedi: Siz gənclər əmin olun ki, bəşəriyyətin düşmənlərinin yəni çirkin Amerikan sivilizasiyası və İsrailin məhvinin şahidi olacaqsınız.

Həzrət ayətullah Xamenei həmçinin tələbələr və gəncləri mübarək ramazan ayından faydalanmağa dəvət edərək, dedi: Bu dəyərli bir fürsətdir. Quran, namaz və duanı gözəl və davamlı bir adətə çevirin.

Həzrət ayətullah Xamenei daha sonra tələb təşkilatlarının ölkə daxilində, regionda və beynəlxaq səviyyədəki xüsusilə ötən bir ildəki fəaliyyətlərinə işarə edərək, dedi: Tələbə təşkilatlarının işçiləri dəstəkləmələri və üçlü qüvvədən habelə, quruluşun məsləhəti assambleyasından olan tələbləri habelə, bəzi mövzularla bağlı aksiyalar təşkil etmələri, Yəmən xalqını dəstəkləmələri və Yeni Zelandiya hadisələrinə dair mövqe sərgiləmələri, Nigeriya olaylarına laqeyd qalmamaları çox yaxşı addımlar olub.

Universitetlərdə daxili hərəkat qruplarının yaradılması və müqavimət ölkəsi tələbələrini beynəlxalq məsələlər və İslam dünyasının məsələləri barədə müzakirələrə dəvət etmək İnqilab rəhbərinin tələbələrə olan digər tövsiyəsi idi.

..................

300