(ABNA24.com) ABŞ-ın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Coy Hud İraqın Federal Polis qərargahında olaraq, İraqın Kərkük vilayətində yerləşən Hüveycə şəhərinin Ər-riyad adlı məntəqəsində polis qüvvələrinin mövqeyinin ABŞ helikopterləri tərəfindən hədəfə alınmasına görə, ABŞ hökuməti adından üzr istəyib.
İraqlı analitiklər ictimai etirazları habelə, siyasi və ictimai qrupların təzyiqlərini ABŞ-ı İraqdan üzr istəməyə məcbur edən amillər adlandırıblar.
ABŞ ordusunun helikopterləri 24 apreldə Kərkük vilayətində, Hüveycə şəhərinin Ər-Riyad məntəqəsində İraqın polis qüvvələrini hədəfə almışdı. Bu hücumda bir polis ölmüş, daha iki polis də yaralanmışdı.
Bu cinayət iraqlı qruplar və partiyaların ciddi etirazına səbəb olmuşdu və İraq Federal Polisi Qərargahı da hadisə ilə bağlı faktaraşdırıcı komitənin yaradılmasından xəbər vermişdi.
Həmçinin, qərara alındı ki, İraq Parlamenti bu məsələni araşdırsın.
Hələ ki. hadisə ilə bağlı araşdırmaların nəticəsinə dair hansısa məlumat yayılmayıb.
/129
19 may 2019 - 07:41
Xəbər kodu: 942479
ABŞ-ın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Coy Hud İraqın Federal Polis qərargahında olaraq, İraqın Kərkük vilayətində yerləşən Hüveycə şəhərinin Ər-riyad adlı məntəqəsində polis qüvvələrinin mövqeyinin ABŞ helikopterləri tərəfindən hədəfə alınmasına görə, ABŞ hökuməti adından üzr istəyib.