Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin 2011-ci ildən bəri Suriya Qanuni Dövlətinə qarşı dəstək verdiyi "Suriya Azad Ordusu" (ASO) adlı terror qruplaşmasının əl- Həmzə qanadı Hələb rayonunun ətrafında yerləşən Suriya Hərbi bazalarını və Şiələrin kompakt yaşadıqları Nubul və Zəhra məntəqəsini raket atəşinə tutublar.
Nubul və Zəhra şəhərlərinin rəsmi kanalı bildirib: "Nubul və Zəhra məntəqələri Basutə kəndi tərəfindən raket atəşinə məruz qalıb. Zərəbələr İftardan öncə əsasən yaşayış massivlərini və Məscid və hüseyniyyələri hədəfə almışdır."
Suriya hərbi qüvvələri Rusiya hava qüvvələrinin vasitəsi ilə Hələb rayonunda terrorçuların bazalarını bombalayır, Türkiyənin maddi və logistik dəstəklər verdiyi ASO və ona bağlı digər yırtıcı terror qruplaşmaları da öz növbəsində Hələbdə yerləşən Suriya Hərbi bazaları və o cümlədən terrorçuların əlindən çıxmış yaşayış məntəqələrini raket və topxana atəşinə məruz qoyurlar. Qarışıqlı döyüşlər nəticəsində külli miqdarda sivil dünyasını dəyişmişdir.




Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır