Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sudan hərbi qüvvələri çərşənbə axşamı gecə saatlarında hakimiyyətdən kənarlaşdırılmış prezidenti Ömər əl-Bəşiri hərbi çevrilişdən bəri qaldığı qonaq evindən çıxararaq Xartum yaxınlığında yerləşən Kober cəzaçəkmə müəssisəsinə köçürüb.
Ömər əl-Bəşirin ailə üzüvlərinin verdiyi məlumata görə, prezidentlə yanaşı, onun 11 yaxın silahdaşı və sudanlı yüksək vəzifəli dövlət məmuru haqqında həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Sudan xalqı ötən il 2018-ci ilin dekabr ayından bəri Ö. əl-Bəşir hakimiyyətinə qarşı etiraz aksiyalarına start verdikdən sonra 2019-cu ilin aprelin 11-də hərbiçilər tərəfindən Sudanda dövlət çevrilişi həyata keçdi. Hərbçilər Ömər əl-Bəşiri hakimiyyətdən kənarlaşdıraraq, dövlətə nəzarəti ələ keçirdi. Ölkədə bir il müddətində fövqəlada vəziyyət elan olundu.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır