9 aprel 2019 - 13:41
İmam Xamenei: “ABŞ-ın İrana qarşı planları nəticəsiz qalacaq”

İmam Xamenei: “Amerikalılar İnqilab Keşikçilərinə (əslində İran ilə İslami İnqilabına) qarşı (çirkin) plan hazırladıqlarını güman edirlər. Əlbəttə ki, bu çirkin əməllərlə bir nəticəyə çata bilməyəcəklər. Onlar bu hiylələrlə özlərini aldadırlar. Amerikada İslam Respublikasının düşmənləri olan hakimiyyətdəki Tramp ilə ətrafındakı axmaqlar enişə tərəf irəliləyirlər”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Lideri Ayətullahul-üzma Seyid Əli Xamenei Həzrət İmam Hüseynin (ə) mövludu münasibətilə İnqilab Keşikçilərinin (SEPAH) üzvləri ilə ailələrini qəbul edib.

İmam Xamenei bu görüşdə etdiyi çıxışında, amerikalıların SEPAH-a olan düşmənçiliklərinin səbəbinə işarə edərək, belə danışıb: “Onların ədavətinin səbəbi bu qüvvələrin ölkə ilə İslam İnqilabını müdafiə etdiyi üçündür. ABŞ ilə cahil düşmənlər qırx il ərzində əllərindən gələn hər şeyi etdi, lakin heç bir qələt edə bilmədilər”.

İnqilab Keşikçilərini düşmənə qarşı cəbhədəki rolunu təqdir edən İmam Xamenei cənabları belə danışıb: “İnqilab Keşikçiləri həm sərhəd bölgəsində həm də sərhədlərimizdən minlərlə kilometr məsafədəki Həzrət Zeynəbin (s.ə) müqəddəs türbəsini mühafizə edərək, düşmənə qarşı cəbhədə üstünlüyə malikdirlər. Həmçinin siyasi sahədə də düşmənlə mübarizə edirlər”.

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullahul-üzma Seyid Əli Xamenei bu əsaslar üçün ABŞ-ın SEPAH-a düşmənçilik etdiyini bildirib: “Amerikalılar İnqilab Keşikçilərinə (əslində İran ilə İslami İnqilabına) qarşı (çirkin) plan hazırladıqlarını güman edirlər. Əlbəttə ki, bu çirkin əməllərlə bir nəticəyə çata bilməyəcəklər. Onlar bu hiylələrlə özlərini aldadırlar. Amerikada İslam Respublikasının düşmənləri olan hakimiyyətdəki Tramp ilə ətrafındakı axmaqlar enişə tərəf irəliləyirlər”.

“İran İslam Respublikasına qarşı qırx illik hiylələrə baxmayaraq, inqilabın irəliləməsi, amerikalıların İran millətinin hərəkətini dayandırmaq məsələsində gücsüz olduğuna işarə edir”, - deyən Ali Dini Rəhbər, bunları qeyd edib: “İranın düşmənləri 40 il boyunca millətə qarşı hər cür siyasi və iqtisadi təzyiq ilə qara piarla məşğul oldular, onlar hətta İslam Respublikasının qələbəsinin ilk günlərində də heç bir qələt edə bilmədilər”.

İranın regiondakı güclü mövqeyinə işarə edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə davam edib: “Düşmənlərin hisslərinin əksinə, İranın bugünkü gücünün kökündə atom bombası yatmır. Biz əvvəldən atom bombasının dini qanunlarımıza zidd olduğunu və ona ehtiyac duymadığımızı vurğuladıq. Bu səbəbdən İran xalqının İslam dünyasındakı bugünkü gücü, xalqın müqavimətindən əldə edilib”.

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır