6 aprel 2019 - 12:52
Politoloq: “ABŞ-ın addımları beynəlxalq hüquqa ziddir”

Fikrət Sadıxov: “Avropa İttifaqı (Aİ) İsrailin 1967-ci ildə işğal etdiyi ərəb əraziləri üzərində suverenliyini tanımır.”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropa İttifaqı (Aİ) İsrailin 1967-ci ildə işğal etdiyi ərəb əraziləri üzərində suverenliyini tanımır. Bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Ərəb Dövlətləri Liqasının Tunisdə keçirilən 30-cu sammitində deyib.

Politoloq Fikrət Sadıxov deyir ki, Aİ-nin bu qərarı tanımamasının əsası var: “Başqa bir ölkənin işğal olunmuş ərazisinə qarşı bu cür münasibət beynəlxalq hüquqa ziddir. Düşünürəm ki, Suriyada Bəşər Əsədi devirə bilməyən ABŞ bu səbəbdən belə bir addım atır. Ancaq bu addım heç bir dövlət tərəfindən qəbul edilməyəcək. ABŞ-ın bu addımı beynəlxalq düzəni pozur”.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Fələstin torpaqlarını işğal etmiş sionist İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahunun iştirakı ilə bu rejimin Suriyanın Colan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır