Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, həzrət Rəsuli Əkrəmin peyğəmbərlik məqamına Allah Təala tərəfindən təyin edilməsi Məbəs Bayramı adlanır. Məbəs ərəb sözü olmuş və lüğətdə mənası kiminsə tərəfindən müəyyən bir hədəfə doğru hərəkət etməyə deyilir...
Miladi tarixi ilə 610-cu ildə Rəcəb ayının 26-dan 27-ə keçən gecədə Məkkə şəhərinin kənarında yerləşən Cəbəlül-Nura dağındakı Həra mağarasında artıq uzun illərdən bəri həftələrlə ibadətlə məşğul olan həzrət Muhəməd Əmin (səlləllahu əleyhi və alih) Allah Təala tərəfindən rəsmi olaraq həzrət Cəbrail Əmin vasitəsi ilə Ona nazil olunan vəhyi insanlara çatdırmağa məmur olur.
Bu il 2019-cu ilin aprel ayının 3-çü Məbəs Bayramının gününə təsadüf edir.
Biz ABNA olaraq cin və bəşəriyyətin Böyük Qurtuluş Bayramı olan Məbəs Bayramını ilköncə İmam Zaman (Allah Təala Onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə, Onun Haqq Naibi İmam Xamenei cənablarına, Ali Təqlid Mərcələrinə və ümümdünya müstəzəflərinə təbrik ərz edirik!
Məbəs Bayramı gecəsi və gündüzünün bir sıra əməlləri vardır ki, onlara əməl etmək olduqca müstəhəb və savab bir əməldir. Bu əməllər haqqda məlumatı saytımızdan əldə edə bilərsiniz.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır