15 mart 2019 - 11:12
Yeni Zelandiyadada irqçi terrorçu Məsciddə Müsəlmanları qətliam etdi 89 insan həlak oldu və yaralandı– Video

Terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, yəhudi və xristian irqçilərin Yeni Zelandiya Məscidlərində dinc Müsəlman kütləni avtomat silahlarla atəşə tutması nəticəsində xeyli sayda ölənlər və yaralılar vardır.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki Məscidə və şəhər xəstəxanasına silahlı hücum nəticəsində 50 nəfər Şəhid olub 39 nəfər isə ağır yaralanıblar. Həlak olanların sayının artacağı gözlənilir.

Hücumlardan birini avstraliyalı ultra-sağçı, irqçi fəalın həyata keçirdiyi artıq müəyyən edilib.

Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır