Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən il Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Rusiyada saxlanılan Talış fəalı Fəxrəddin Abbasov (Faxrodin Aboszoda) Lyubertsı şəhər İstintaq Təcridxanasından “yoxa çıxıb”.
Bu haqda “Amnesty İnternational” beynəlxalq insan haqlarını müdafiə təşkilatındakı mənbə bildirib.
Abbaszadənin vəkili məlumatı təsdiqləyib.
Məlumata görə, fevralın 27-də səhər saatlarında Abbaszadənin saxlanıldığı təcridxanaya hansısa adamlar gəliblər və ona Baş prokurorluğun məktubunu təqdim ediblər. Məktubda Abbaszadənin azad edilməsi qərarı yer alırmış. Gələnlər onu özləri ilə aparıblar, amma Abbaszadənin şəxsi əşyaları təcridxanada qalıb (!).
Abbaszadənin Rusiyada işi üzrə məhkəmə iclası fevralın 28-nə təyin edilmişdi və onun yerini müəyyən etmək mümkün olmadığından iclas martın 18-nə təxirə salınıb.
Rus KİV-i xəbər verir ki, “Amnesty İnternational” təşkilatı Rusiya hökumətindən Fəxrəddin Abbasovun yoxa çıxması xəbəri ilə bağlı qərəzsiz və səmərəli araşdırma aparmağı tələb edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır