Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq rəsmiləri, ölkənin şimalında əyaləti olan Neynəvanın Mosul şəhərində İŞİD terrorçularına aid 4 əlqdəqayırma kimyəvi bomba aşkarlayıb.
Xüsusi emalatxanalarda düzəldilmiş hər bombanın çəkisi 1 kiloqram olub. Bombalar İŞİD-in işğalından azad edilmiş ərazilərdəki viran olunmuş evdə aşkarlanıb.
Qeyd edək ki, Neynəva əyaləti 2017-ci il, iyulun 10-da qondarma "İŞİD" adlı terror qruplaşmasının işğalından İraq Ordusu və Həşdu Şəbi adlı Könüllü Dəstələrin apardıqları antu-terror əməliyyatları nəticəsində azad edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır