Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Trampın illik çıxışına mane olmaq üçün səs-küy salmaq habelə, bir qrup qadının ağ paltarda mərasimə qatılması, demokratların rişxəndlə yanaşı olan gülüşləri və Tramp üçün əl çalmaqdan imtina etmələri ABŞ prezidentinin çıxışını boykot edən anlardan olub.
Respublikaçıların hər cümlədinsən sonra Trampı alqışlamaqla ortamı yumuşaltmağa çalışmalarına baxmayaraq mərasimdə iştirak edən ordu komandanları belə əl çalmaqdan və Trampı alqışlamaqdan çəkiniblər.
ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Adam Erli ABŞ prezidenti Donald Trampın Konqresdəki illik çıxışını vaxtından əvvəl seçki kampaniyasına verilən start adlandırıb.
Adam Erli deyib: Trampın uzun sürən çıxışı Respublikaçıların alqışları ilə yanaşı idi. O, zahirdə özünü ABŞ prezidenti kimi aparmağa çalışsa da, çıxışında hansısa yeni məzmun yox idi.
ABŞ prezidenti Donald Trampı Konqresdə etdiyi ikinci illik çıxışında rəsmən Vaşinqtonun orta mənzilli nüvə raketləri müqaviləsi İNF-dən çıxdığını elan etdi.
ABŞ prezidenti Donald Trampı Konqresdə etdiyi ikinci illik çıxışında dedi: Biz heç vaxt İranın nüvə silahına malik olmasına icazə verməyəcəyik və mən Amerikanı İran ilə faciəli nüvə anlaşmasından çıxartdım.
ABŞ prezidenti dedi: Ötən payızda biz onlara, bir ölkəyə tətbiq edilmiş ən ağır sanksiyaları tətbiq etdik.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır